...

AZƏRBAYCANIN GÜRCÜSTANDAKI SƏFİRLİYİ TELMAN HƏSƏNOVUN HƏBSİ İLƏ BAĞLI MƏSƏLƏNİ DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYIR

Cəmiyyət Materials 19 Sentyabr 2005 16:06 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyi Qardabani rayonunun Vaxtangisi kənd sakini Telman Həsənovun həbsi ilə bağlı məsələni diqqət mərkəzində saxlayır. Bu barədə Trend ə sentyabrın 19-da Azərbaycanın

Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov bildirib.

Diplomat qeyd edib ki, Qardabani rayon məhkəməsinin qərarı ilə üç aylıq həbs cəzasına məhkum olunmuş T.Həsənov 1 saylı Tbilisi həsxanasına salınıb. "Həsənov gürcü telekanallarına müsahibəsində korrupsiya faktlarına qarşı çıxdığına görə həbs olunduğunu bildirib". E.Poluxov, həmçinin, onu da bildirib ki, Vaxtangisi sakini əlildir və hazırda sağlamlığı il bir sıra problemlər mövcuddur.

E.Poluxovun sözlərinə görə, E.Həsənov milliyyətcə azərbaycanlıdır və səfirlik onun məsələsi ilə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.

Xatırladaq ki, sentyabrın 16-da Vaxtangisi kəndində yaşayan azərbaycanlılar T.Həsənovun başçılığı ilə etiraz aksiyası keçirərək yolu bağlamışdılar. Onlar hökumət orqanlarını milli azlıqların hüquqlarının pozulmasında günahlandırırdılar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarından yolu açmağı tələb etsələr də, onlar bundan imtina ediblər. T.Həsənov polis əməkdaşlarına müqavimət göstərdiyinə görə saxlanılıb. Məhkəmənin qərarından sonra isə o, aclıq elan edib.

Xəbər lenti

Xəbər lenti