...

Bakıda Azərbaycanla Norveç arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunur

Cəmiyyət Materials 26 Oktyabr 2005 16:46 (UTC +04:00)

Norveç Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlıdır. Norveçin Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, bu əməkdaşlığın perspektivləri Bakıda Noveçin ali təhsil sahəsində əməkdaşlıq üzrə Mərkəzinin nümayəndələrinin hazırki səfər çərçivəsində müzakirə olunur.

Nümayəndə heyətinin tərkibinə Arne Haugen, Helqe Skuqstat və İnqvəld Brok daxildir. Səfər çərçivəsində artıq Neft Akademiyvasının, Bakı Dövlət Universitetinin, Xəzər Universitetinin, Xarici Dillər Universitetinin və Azərbaycanın digər ali məktəblərinin rəhbərləri ilə görüşlər keçirilib. Görüşlərin gedişində birbaşa əlaqələrin, tələbələrin və müəllimlərin mübadiləsi və s. təşkilinin mümkünlüyü nəzərdən keçirilib.

Səfirlikdən nümayəndə heyətinin, həmçinin, Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşü də planlaşdırıldığı xəbər verilib. Səfər oktyabrın 27-də başa çatır.

Xəbər lenti

Xəbər lenti