...

Azərbaycan boksçuları neft ölkələri arasında keçirilən Dünya Kubokunda altı medal qazanıb

Cəmiyyət Materials 6 Dekabr 2005 14:26 (UTC +04:00)

Azərbaycan boksçuları Nijnevartovskidə başa çatmış neft ölkələri arasında keçirilən Dünya Kubokunda altı medal qazanıb.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyev Trend ə bəyan edib ki, ən yaxşı nəticəni fəxri kürsünün ən yüksək pilləsinə qalxmış Rahib Bəylərov (75 kq)göstərib. Seymur Qurbanov qızıl medalın bir addımlığında ikən həlledici oyunda məğlub olub. Birinci üçlüyü Məhəmməd Hhmədov (48 kq), Elşad Quliyev (51 kq), Fərhad Acalov və Fikrət Rəhimov (+91 kq) tamamlayıb. Beləliklə, yığmanın məşqçi qrupu qərara alıb ki, yeni mövsüm ərəfəsində ikinci olanları Nijnevartovskidə yoxlasın.

Xantı-Mansiyski muxtar vilayətinin yaranmasının 75 illiyinə həsr olunmuşvə kifayə qədər nüfuzlu yarışlarda Rusiya, Ukrayna, Qazaxıstan, İsveç, Almaniya, Fransa, İngiltərə və dünyanın bir çox digər ölkələrindən tanınmış boksçular iştirak edirdi.

Xəbər lenti

Xəbər lenti