...

Heydər Əliyev Fondu şəkərli diabeti olan 217 uşağı insulinlə təmin edib

Cəmiyyət Materials 5 Yanvar 2006 19:16 (UTC +04:00)

Yanvarın 5-də baş səhiyyə İdarəsində Heydər Əliyev adına Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun maliyyə dəstəyi ilə Bakıda qeydiyyata alınm ış şəkərli diabeti olan 217 uşağa "insulin" preparatının verilməsi ilə bağlı tədbir keçirilib.

Trend bildirir ki, tədbirdə Endokrinoloji xəstəxananın baş həkimi Vurğun Muradov, baş səhiyə İdarəsinin rəhbəri Leyla Seyidbəyova və səhiyyə nazirliyinin nümayəndələri iştirak edib.

L.Seyidbəyovanın sözlərinə görə, uşaqlara təqdim edilmiş preparatlar bir ay ərzində istismar üçün təyin edilib. Bir preparatın qiyməti 210 min manat (42 yeni manat) təşkil edir.

Ölkənin regionlarında analoji tədbirlərin keçirilməsi məsələsinə toxunan L.Seyidbəyova qeyd edib ki, bununla bilavasitə tibb müəssisələri məşğul olur. "Bu preparatlar 15 yaşınadək uşaqlara təqdim olunur və belə tədbirlər sonrakı aylarda da keçiriləcək" -deyə L. Seyidbəyova qeyd edib.

Xəbər lenti

Xəbər lenti