...

Keçmiş namizədlərin barəsində məhkəmələrə verilmiş şikayətlər təmin olunur

Cəmiyyət Materials 30 Yanvar 2006 19:06 (UTC +04:00)

Ötən il 6 noyabr parlament seçkilərində iştirak etmiş namizədlərin barəsində məhkəmələrə verilən iddia ərizələrinin hamısı icraata qəbul olunub. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ramiz İbrahimov məlumat verib.

O, bildirib ki, parlament seçkisində iştirak etmiş 1250 nəfər namizədin hər birinə dövlət büdcəsindən bir milyon manat pul verilmişdi. Qanunvericiliyə əsasən, dövlət tərəfindən ödənilən vəsait yalnız deputat seçilmiş və seçicilərin ümumi səsinin 3 faizdən artığını toplamış namizədlərdən geri alınmır. Lakin qalan namizədlər isə seçkinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənən vaxtdan 10 gün ərzində bu pulu geri qaytarmalıdırlar. Lakin indiyədək belə namizədlərdən yalınz 50 nəfəri bu pulu qaytarıb.

"513 nəfər namizəd ümumiyyətlə pulu ödəməkdən imtina etdiyi üçün onlara verilmiş pulun geri alınması üçün məhkəmələrə müraciət edilib və şikayətlərin hamısı icraata qəbul olunub. Artıq bir neçə namizədin məhkəməsi keçirilib və məhkəmələr şikayətçi tərəfin xeyrinə qətnamələr çıxarır, iddianı təmin edirlər. Güman edirəm ki, bütün şikayətlər üzrə keçiriləcək məhkəmə iclaslarının hamısında namizədlərin pulu geri qaytarmasına dair qərarlar çıxarılacaq"-MSK üzvü R.İbrahimov bildirib.

Xəbər lenti

Xəbər lenti