Mütamadi olaraq, bir çox tanınmış şairlərin yaradıcılıq gecələrinin keçirildiyi Muğam Teatrında xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş tədbirin reallaşması da nəzərdə tutulub. Muğam Teatrından Trend ə verilən məlumata görə, bu günlərdə 75 illik yubileyini qeyd edən şairin yaradıcılıq gecəsi martın 26-da keçiriləcək.
Artıq ilkin məşqlərinə başlanan tədbir Nəriman Həsənzadənin bütün yaradıcılıq yolunu özündə əks etdirəcək. Yaradıcılıq gecəsində şairin qələm yoldaşlarının, tanınmış ziyalıların, eləcə də elm xadimlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, bir çox məşhur müğənni də, gecədə öz musiqi tövhələri ilə yubilyarı təbrik edəcəklər.