...

Yazıçı Anarın kitablarının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 24 Fevral 2006 18:26 (UTC +04:00)

Bu gün Atatürk mərkəzində yazıçılar Birliyinin sədri Anarın Türkiyədə işıq üzü görmüş "Ağ qoç, qara qoç", "Anardan seçmə hekayələr", "Azərbaycan türkcəsinin söz varlığı" kitablarının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, "Anardan seçmə hekayələr" kitabını Fatma Özkan, "Ağ qoç, qara qoç"u isə Arif Analov Türkiyə türkcəsinə tərcümə edib.

Mərasimdə mərkəzin sədri, professor Nizami Cəfərov, Zəlimxan Yaqub, Qəzənfər Paşayev, Tofiq Hacıyev çıxış edərək görülən işi qiymətləndiriblər. Onlar bu işin hər iki ölkə arasında olan münasibətlərin inkişafına böyük təsir edəcəyini vurğulayıb. Sonda isə yazıçı Anar çıxış edərək hər kəsə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti