...

Azərbaycanın voleybol üzrə kişilərdən ibarət yığması Avstriyaya qarşı birinci matçı Bakıda keçirəcək

Cəmiyyət Materials 9 Mart 2006 13:07 (UTC +04:00)

Azərbaycanın voleybol üzrə kişilərdən ibarət yığması Avropa çempionatının seçmə turnirinin Avstriyaya qarşı birinci təsnifat matçını mayın 13-14-də Bakıda keçirəcək.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, Avropa Voleybol Konfederasiyasının (CEV) təsdiqlənmiş cədvəlinə əsasən, komanda debüt qarşılaşmasını Bakıda keçirəcək. Bir həftə sonra isə yığmanı Vyanada gərgin oyun gözləyir və bu görüşdə iki mərhələli görüşün yekunları üzrə qalib müəyyən olunacaq.

Maraqlıdır ki, əvvəllər Avstriya tərəfi hər iki görüşün Vyanada keçirilməsini təklif edirdi, ancaq Milli Federasiya bu təklifi qəbul etməmişdi. Lakin istənilən halda cədvəl birinci görüşü rəqib komandanın ölkəsində keçirəcək Avstriya üçün əlverişlidir.

Xəbər lenti

Xəbər lenti