...

AFFA hələlik yığmaların yeni yoldaşlıq görüşləri ilə bağlı danışıqlar aparmır

Cəmiyyət Materials 14 Mart 2006 16:05 (UTC +04:00)

AFFA hələlik digər ölkələrin Federasiyaları ilə yoldaşlıq matçlarının keçirilməsi ilə bağlı danışıqlar aparmır.

Assoasiyanın baş katibi Fuad Əsədovun Trend ə verdiyi məlumata görə, hazırda təşkilat bütün diqqəti istisnasız olaraq aprelin 2-də Bakıda keçiriləcək Türkiyəyə qarşı sınaq görüşünə hazırlığa yönəldib. Onun sözlərinə görə, yalnız bu görüşdən sonra bir neçə ay qabaqdan görüşləri təşkil etmək üçün xarici həmkarlarla danışıqlara başlamaq olar. Bu zaman AFFA Avro-2008 seçmə turnirinə daha yaxşı hazırlaşmaq üçün istisnasız olaraq güclü rəqiblərlə razılıq əldə etməyə çalışacaq.

Xatırladaq ki, milli komanda mövsümü Ukraynaya qarşı (0:0) ev yoldaşlıq görüşü ilə açıb.

Xəbər lenti

Xəbər lenti