...

Dünya Azərbaycanlılarının II qurultayının reqlamenti və işçi orqanları təsdiqlənib

Cəmiyyət Materials 16 Mart 2006 13:34 (UTC +04:00)

Martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II qurultayının reqlamenti təsdiq olunub. Trend xəbər verir ki, reqlamentə əsasən, Xaricdə Yaşayan Azərbaycnlılarla İş üzrə Dövlət Komitəsi sədrinin çıxışı, mandat komisiyasının məlumatı, nümayəndə və qonaqların çıxışları dinləniləcək, qurultayın sənədləri qəbul ediləcək və təşkilati məsələlər müzakirə olunacaq.

Reqlament təsdiq olunduqdan sonra qurultayın işçi orqanları - mandat, katiblik və redaksiya komissiyaları formalaşdırılıb. Təşkilat komitəsinin təklifi ilə qurultayın işini aparmaq üçün 7 nəfərdən ibarət katiblik, qurultay nümayəndələrinin vəkalətlərinin yoxlanılması üçün 10 nəfərdən ibarət mandat komissiyası, qurultayın qəbul edəcəyi sənədlərin ilkin layihələrinin hazırlanması üçün redaksiya komissiyasının tərkibi isə 13 nəfərdən ibarət formalaşdırılıb.

Xəbər lenti

Xəbər lenti