...

Oqtay Şirəliyev: "Azərbaycanın tibb müəssisələrində çalışmaq istəyənlər müvafiq lisenziya almalıdır"

Cəmiyyət Materials 30 Mart 2006 15:02 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi tibbi xidmətlərin keyfiyyətini və tibb işçilərinin peşəkar səviyyəsini artırmaq məqsədilə test imtahanları keçirəcək. Trend in xəbər verdiyi kimi, bu barədə martın 30-da səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.

Onun sözlərinə görə, test sualları artıq hazırdır və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim olunub. Hazırda komissiya ilə imtahanların keçirilmə qaydaları ilə bağlı məsləhətləşmələr aparılır.

"Bundan başqa, ölkənin tibb işçilərinin attestasiya proqramı hazırlanır. Bu proqrama əsasən, tibb işçiləri tibb sahəsində fəaliyyət göstərmək üçün lisenziya almalıdır", - deyə nazir vurğulayıb.

O.Şirəliev qeyd edib ki, bu işlərə 2006-cı ilin may-iyun aylarında başlamaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti