...

Bir sıra dövlət orqanları, hüquqşünaslar və media qurumları "İlin hüquqşünası" mükafatı ilə təltif olunub

Cəmiyyət Materials 3 Aprel 2006 11:20 (UTC +04:00)

Hüquqşünasların peşəkar inkişafındakı fəaliyyətinə görə bir sıra dövlət orqanları, bu qurumların məsul şəxsləri, hüquqşünaslar, deputatlar və media orqanları "İlin hüquqşünası" mükafatına layiq görülüblər. Trend in məlumatına görə, "Avrasiya" Hüquqşünaslar Assosiasiyasının təsis etdiyi "İlin hüquqşünası" mükafatının təqdimat mərasimi keçirilib, qaliblərə diplomlar təqdim olunub.

Mükafatın ilk elan olunan qalibi Azərbaycan Respublikasının ədliyyə naziri, məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədov olub. Həmçinin Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzi də bu mükafata layiq görülüb. Növbəti qalib Milli Məclisin sədr müavini və Komissiya Sədri Ziyafət Əsgərov olub. Dövlət strukturlarından olan digər mükafatçı orqan Azərbaycan Respublikasının Baş Prokurorluğu oldu. Prezidentin İcra Aparatının şöbə müdiri Fuad Ələsgərov, Milli Məclisin Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, Bakı Dövlət Universitetinin müəllimi Rüstəm Məmmədov "İlin hüquqşünası" mükafatına layiq görülüblər.

İnsan hüquqlarının inkişafındakı fəaliyyətinə görə isə deputat, Milli Məclisin Komissiya sədri Rəbiyyət Aslanova və İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova təltif ediliblər. Hüquqi maarifləndirmə sahəsində fəaliyyətinə görə Azərbaycan Prezidentin İcra Aparatının əməkdaşı İnam Kərimov, millət vəkili Gültəkin Hacıyeva, Azərbaycan Hüquqçular Assosiasiyası, Hüquq Maarifçilik Cəmiyyəti, Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi, vəkil Natəvan Rüstəmova, vəkil Adil İsmayılov, Konstitutsiya Araşdırmaları Fondu, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi təltif olunub.

Xəbər lenti

Xəbər lenti