...

Azərbaycanda 15 min hektar neftlə çirkələnmiş torpaq var

Cəmiyyət Materials 7 Aprel 2006 16:40 (UTC +04:00)

Hazırda Abşeron yarımadasının ərazisində 15 min hektar neftlə çirkələnmiş torpaq var. Bu zaman elə ərazilər var ki, orada neftlə çirklənən ərazi bir neçə metrə çatır. Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar naziri Hüseyn Bağırov məlumat verib.

Hazırda çirklənmiş ərazilərin təkrar kultivasiyası üçün 5 proqram hazırlanıb. Eləcə də Azərbaycanın Dövlət Neft Şirkəti tərəfindən hazırlanan proqramlar da var.

Nazirin qeyd etdiyinə görə, Nazirliy tərəfindən Dünya Bankına təqdim olunan sənədlər paketində neftlə çirklənmiş torpaqların təkrar kultivasiyası agentliyi də var. Hazırda onun müzakirələri gedir. Əvvəllər bu məqsədlər üçün bankın $15-20 mln. həcmində vəsait ayrıcağı ehtimal edilirdi. Lakin nazirin sözlərinə görə, hazırda bu proqramın həyata keçirilməsi üçün daha çox vəsait lazımdır.

"Bibi-Heybət" yatağının ərazisində torpaq fondunun ayrılması üzrə təklif də mövcuddur. Bu ərazidə torpaqların təmizlənməsini aparmaq və Bakı şəhərinin görünüşünə müvafiq böyük kompleks tikmək mümkündür. Nazirin sözlərinə görə, bir neçə şirkət bu layihədə iştirak etməkdə maraqlı olduğunu bildirib.

Ekologiya Nazirliyi bir neçə QHT ilə birgə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəmərinin sərt monitorinqi keçirilib. Gələcəkdə bu obyektin istismarı prosesində monitorinqin keçiriləcəyi ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti