...

Ombudsman parlament seçkiləri ərəfəsində Gəncədə seminar keçirib

Cəmiyyət Materials 24 Aprel 2006 20:05 (UTC +04:00)

Azərbaycan ombudsmanı Elmira Süleymanova 13 may parlament seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə birlikdə Gəncədə seminar keçirib. Bu barədə Trend ə Ombudsman Apparatının mətbuat xidmətindən məlumat verilib.

Seminarda yerli dairə komissiyaları və seçki məntəqələrinin sədrləri, eləcə də Mərkəzi Seçki Komissiyası, yerli icra və bələdiyyə hakimiyyəti, prokurorluq, polis və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirin məqsədi əhalini seçki hüququ, seçki prosesinin təşkili, müşahidəçilərin hüquq və vəzifələri haqqında məlumatlandırmaq olub.

Bundan əvvəl belə bir tədbir Şəki-Zaqatala regionunda təşkil olunub ki, burada Mingəçevir, Qax, Zaqatala, Oğuz, Balakən, İsmayıllı, Qəbələ və Göyçay nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti