...

Azərbaycanlı mütəxəssislər talassemiyaya həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Cəmiyyət Materials 3 May 2006 18:49 (UTC +04:00)

Azərbaycanlı mütəxəssislər talassemiya məsələləri ilə bağlı beynəlxalq konfransda iştirak edib. Trend in xəbər verdiyi kimi, bu barədə Səhiyyə Nazirliyinin mayın 3-də yaydığı məlumatında deyilir.

Konfrans Ankarada keçirilib. Tədbirdə ABŞ, Böyük Britaniya, İtaliya, Səudiyyə Ərəbistanı, İtaliya, İran və digər ölkələrin nümayəndələri iştirak edib. Bu konfransda Azərbaycanı hematologiya və transfuziologiya üzrə ETİ direktoru Azad Hacıyev və respublikanın baş hematoloqu Çingiz Əsədov təmsil edib.

Konfransda talassemiyalı xəstələr, yeni dərman vasitələri, kliniki təcrübə və digər məsələlər müzakirə olunub.

Xəstələrin və onların valideynlərinin də iştirak etdiyi tədbirdə bu xəstəliklə bağlı alimlərlə geniş müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti