...

Rusiyanın 20 subyektinin obudsmanları Bakıya gəlib

Cəmiyyət Materials 4 May 2006 17:41 (UTC +04:00)

Rusiya Federasiyasının insan haqları üzrə müvəkkili Vladimir Lukin və bu ölkənin 20 subyektinin ombudsmanları Bakıya gəlib. Bu barədə Trend ə Azərbaycan Ombudsman Aparatından məlumat verilib.

Səfərdə məqsəd mayın 5-7-də Bakıda "İnsan hüquqlarının qorunmasını təkmilləşdirmək məqsədilə əməkdaşlığın inkişaf perspektivləri" mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdən ibarətdir. Tədbir Azərbaycan ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü ilə təşkil edilib.

Azərbaycanda Rusiya İli çərçivəsində təşkil olunmuş konfransda Milli Məclis deputatlarının, dövlət qurumları nümayəndələrinin, regional ombudsman mərkəzi əməkdaşlarının iştirakı gözlənilir. Həmçinin, konfransın işində Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq də iştirak edəcək.

Konfransda "İnsan haqları və demokratik dəyərlər: ombudsmanların təcrübəsi", "MDB ölkələrində yuvenal ədliyyənin inkişafı", "Hüquq maarifçiliyi ombudsman fəaliyyətinin əsas istiqaməti kimi" və digər məruzələr dinləniləcək. Ayrı-ayrı sessiyalarda tədbir iştirakçıları fikir və təcrübə mübaliəsi aparacaq.

Konfransda iştirak çərçivəsində qonaqlar Azərbaycan ombudsman institutunun fəaliyyəti ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti