...

Azərbaycanın qadınlardan ibarət otüstü xokkey yığması Romada çıxışını major notda başa vurub

Cəmiyyət Materials 6 May 2006 12:22 (UTC +04:00)

Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığması Romada davam edən seçmə turnirdə 9-cu yerdə qərarlaşıb.

Trend in xəbər verdiyi kimi, 9-cu yer uğrunda mübarizədə Adil Paşayevin yetirmələri 3:2 hesabla Şotlandiya komandasını məbğlub edib. Britaniyalılar isə Samanta Yucun dəqiq zərbəsindən sonra hesabı birinci açıb. Ancaq Zərifə Zeynalova tarazlığı bərpa edib. Daha sonra komandalar fasiləyə çıxıb. İkinci taymda İnna Cəfərova xokkeyçilərimizi irəli çıxarıb. Ancaq bir dəqiqə sonra Emma Roçlin hesabı bərabərləşdirib. Oyun heç-heç ilə başa çatmaq üzrə olsa da, sonda Natalya Sidorovanın zərbəsi kollektivə turnirdə ikinci qələbəni gətirib.

Qeyd etmək lazımdır ki, dünya çempionatının finalına seçmə mərhələnin yekunları üzrə 5 komanda çıxacaq. Bunlardan 4-ü - İngiltərə, Koreya, ABŞ və Yaponiya artıq bu hüququ əldə edib.

Xəbər lenti

Xəbər lenti