...

İyunda Azərbaycan-Türk icmalarının konfransı və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının konfransları keçiriləcək

Cəmiyyət Materials 16 May 2006 16:51 (UTC +04:00)

Bu il iyun ayında dünyada yaşayan Azərbaycan və Türk İcmaları rəhbərlərinin birgə konfransının keçirilməsi də nəzərdə tutulur. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan prezidentinin Dünya Azərbaycanlılarının II Qurultayındakı nitqindən irəli gələn vəzifələri, habelə qurultayın sənədlərində öz əksini tapmış təklif və tövsiyəlləri nəzərə alaraq, Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyasının hazırlanması qərara alınıb. Bu kimi məsələləri müzakirə etmək məqsədilə Azərbaycan və Türk İcmaları rəhbərlərinin Türkiyənin Antalya vilayətində konfransının keçirilməsi planlaşdırılır. Dövlət Komitəsi konfransın keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərlərinə müraciət edib. Müraciət müsbət qarşılanıb və icma rəhbərləri konfransın keçiriməsi təşəbbüsünü alqışladıqlarını bildiriblər. Qeyd edək ki, konfransda Azərbaycan və Türk icmalarının birgə fəaliyyət strategiyasının hazırlanması ilə bağlı məsələlər müzakirə olunacaq, işçi qrupu yaradılacaq və tərəflər arasında müvafiq razılaşma protokolu imzalanacaq.

Azərbaycan və Türk icmalarının konfransı başa çatdıqdan sonra isə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) toplantısının keçirilməsi planlaşdırılır. Toplantıda TADF-in qarşısında duran vəzifələr, təşkilatın fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qaldırılması ilə bağlı məsələlər müzakirə ediləcək. Qeyd edək ki, hər iki tədbir iyun ayının 4-dən 10-dək Türkiyənin Antalya vilayətində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti