...

İyunun 1-dən Səhiyyə Nazirliyi əhalinin Şıxov, Novxanı, Buzovna və Şüvəlan çimərliklərindən istifadəsinə müvəqqəti qadağa qoyacaq

Cəmiyyət Materials 24 May 2006 15:49 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidməti yaz-yay mövsümünün başlanması ilə əlaqədar yoluxucu xəstəliklərlə mübarizə çərçivəsində Bakı ərazisində yerləşən çimərliklərdə laboratoriya analizləri aparıb. Trend in Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yoxlamalar zamanı bir sıra istirahət mərkəzlərinin özəl çimərlikləri istisna olmaqla Mərdəkan, Buzovna, Zaqulba, Pirşağı, Nardara, Şıxov və Sahildə mövsümə hazırlıq işlərinin qeyri-qənaətbəxş sistemdə olduğu aşkar olub.

Bu çimərliklərdə bu günə kimi talvarların, duş kabinələrinin, eləcə də kanalizasiya sistemlərinin təmiri üzrə işlərə hələ də başlanmayıb. Eləcə də sahilyanı zolağın bərpa olunmayıb və köhnə metal parçaları sudan çıxarılmayıb.

Məlumatda bildirilir ki, ən acınacaqlı vəziyyət isə bəzi cimərliklərin, eləcə də əhalinin ən cox getdiyi Novxanı və Pirşağı cimərlikləri xəstəlik mənbəyi olan quş və suiti cəsədlərindən hələ də təmizlənməyib. Qeyd edək ki, cimərlik ücün nəzərdə tutulmuş 10 km-lik sanitariya mühafizə zolağına aid sanitariya tələbləri də kobud şəkildə pozulur. Bu isə yoluxucu xəstəliklərin artmasına səbəb olur. Şıx cimərliyinə yaxın 2 km-lik məsafədə dənizə təmizlənib zərərsizləşdirilmədən Badamdar, Bibiheybət qəsəbələrinin, 20-ci sahə yaşayış məntəqələrinin cirkab suları axıdılır. Pirşağı cimərliyinin sanitariya mühafizə zolağına aid böyük bir ərazidə qəsəbənin yaşayış məntəqələrindən axıdılan və "Pirşağı" sanatoriya-kurort birliyinin kanalizasiya qurğuları sistemindən süzülən cirkab sular təmizləyici qurğularla dəniz arasındakı sahil zolağında gölməcə əmələ gətirib. Zaqulba cimərliyinin sanitariya mühafizə zolağında yerləşən kanalizasiya nasosxanasınınn magistral borusu dənizin icərisində qəzalı vəziyyətə düşdüyündən, Buzovna

və Zaqulbanın yaşayış məntəqələrindən cıxan tullantı təsərrüfat məişət suları Şüvəlan-Mərdəkan kanalizasiya təmizləyici qurğularına catmayaraq Buzovna cimərliyindən aralıqda dənizə vurulur. Novxanı cimərliyi yerləşən əraziyə qəsəbənin yeraltı lay suları nizamsız dağınıq şəkildə axıdıldığından və müvafiq təmizlik, abadlıq işləri aparılmadığından burada cirkab bataqlıqları əmələ gəlib. Novxanı cimərliyinə yaxın ərazidə Sumqayıt və Corat yaşayışməntəqələrinin cirkab tullantı sularının təmizlənib-zərərsizləşdirilmədən qanunsuz buraxılışı dəniz suyunun təkrari cirklənməsinə səbəb olub. Araşdırmalar göstərir ki, 2005-ci ilin aprel və may ayının əvvəllərində götürülmüş dəniz suyu nümunələrində bakterioloji cirklənmə 52,3% təşkil edirdisə, 2006-cı ildə bu göstərici artaraq 85,5% olub. Xüsusi ilə də Şıx, Novxanı, Buzovna və Şüvəlan cimərliklərindən götürülmüş nümunələrdə bağırsaq cöpü qrupu bakteriyalarının sayı normadan 10 dəfədən 20 dəfəyədək cox olmuşdur. Yuxarıda göstərilən bu və digər sanitariya qanunvericiliyi

nin kobud surətdə pozulması faktları, fövqəladə vəziyyətin yaranması ücün bir təhlükə olaraq yay mövsümündə paytaxt əhalisi arasında kütləvi yoluxucu xəstəliklərin baş verib, yayılmasına şərait yaradır. Bu səbəbdən Azərbaycan Respublikasının "Sanitariya-Epidemioloji Salamltlıq haqqında" qanununa istinad edərək Səhiyyə Nazirliyi Respublikanın baş dövlət sanitariya həkiminin müavini tərəfindən əhalinin Şıx, Novxanı, Buzovna cimərliklərindən və Şüvəlan qəsəbəsinin dənizkənarı ərazisindən cimərlik kimi istifadəsinin 01.06.2006-cı il tarixindən müvəqqəti olaraq qadağan edilməsi haqqında qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti