Azərbaycanın boks üzrə yığması Albaniyada başa çatmış yeniyetmələr arasında Avropa birinciliyində bir qızıl, bir gümüş və 4 bürünc medal qazanıb.
Milli Federasiyanın baş katibi Tofiq Babanlının Trend ə verdiyi məlumata görə, fəxri kürsünün ən yüksək pilləsinə Sədi Əliyev (48 kq) qalxıb. Onun bu uğurunu Fərid Ağayev (50 kq) də təkrarlaya bilərdi. Ancaq atlet həlledici döyüşdə məğlub olaraq 2-ci yerlə kifayətlənib. Üçlüyü yarımfinalda məğlub olmuş Hafiz İsgəndərov (75 kq), Elnur Əliyev (54 kq), Məlik Məmmədzadə (80 kq) və Fərid Əliyev (66 kq) qapayıb.
Xatırladaq ki, yenityetmələr üçün mövsümün əsas yarışı payızda Türkiyədə start veriləcək dünya birinciliyi olacaq.