...

Qafqaz müsəlmanları idarəsinin sədri Səudiyyə Ərəbistanına səfər edəcək

Cəmiyyət Materials 7 İyul 2006 18:14 (UTC +04:00)

İyulun 8-də Qafqaz müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək. Bu barədə Trend ə İdarədən xəbər veriblər.

Səudiyyə Ərəbistanının Həcc işləri üzrə naziri doktor Fuad ibn Əbdülsələm Əl-Farsinin dəvəti ilə həyata keçirilən səfərin məqsədi Həcc ziyarətinə hazırlıq məsələlərinin müzakirəsidir. Səfər zamanı zəvvarların yerləşdirilməsi və onların nəqliyyatla təmin olunması ilə bağlı məsələlər də müzakirə ediləcək və həll olunacaq. Məkkə şəhərində şeyxülislam Krallığın həcc işləri üzrə naziri ilə görüşəcək, Azərbaycan üçün ayrılmış norma müəyyən olunacaq, müvafiq protokol imzalanacaq.

Ora gedərkən, Qafqaz müsəlmanları idarəsinin sədri İstanbulda dayanacaq və burada bir sıra müsəlman ölkələrinin nüfuzlu din xadimlərinin Həcc məsələlərinə həsr olunmuş konfransında iştirak edəcək. Şeyxülislam konfransda nitq söyləcəyək.

Xəbər lenti

Xəbər lenti