...

Avropa çempionatı boksçularımız üçün böyük uğur ola bilər

Cəmiyyət Materials 14 İyul 2006 13:48 (UTC +04:00)

"Avropa çempionatı bir sıra boksçularımız üçün əsl uğur ola bilər". Bu barədə Trend ə Plovdivdə keçiriləcək yarış ərəfəsində Azərbaycan yığmasının kapitanı Şahin İmranov bəyan edib.

İdmançı etiraf edib ki, bu yarış şəxsən onun üçün mövsümdə ən əsas yarış olacaq, ona görə də Şahin birinciliyə qədər yaxşı formada olmağa çalışıb. "Bu, Bolqarıstanda ciddi mübarizəyə hazırlaşan komandanın bütün üzvlərinə aiddir. Hamımız yaxşı bilirik ki, medal uğrunda mübarizə asan olmayacaq, lakin bizim gücümüz ən yüksək yerlərə iddia etmək üçün yetərlidir", - deyə Şahin İmranov belə hesab edir.

Afina Olimpiadasının iştirakçısı qeyd edib ki, mükafat uğrunda mübarizədə Azərbaycanın dəri əlcək ustalarının əsas rəqibləri Rusiya idmançıları olacaq.

Xəbər lenti

Xəbər lenti