...

"Xəzər" futbol klubu braziliyalıları gözdən keçirir

Cəmiyyət Materials 17 İyul 2006 13:23 (UTC +04:00)

Türkiyədə məşqlər keçən "Xəzər" futbol klubu 3 braziliyalı futbolçunu gözdən keçirir.

Trend in xəbər verdiyi kimi, hazırda Osmar Siquera, Danillo Kaçeli və Rodriqo Sayes kimi forvard və oyunçular lənkəranlıların sərəncamındadır. Klubun başq məşqçisi Ağasəlim Mircavadov qarşıdakı yoxlama görüşlərində bu futbolçuları yoxlamaq niyyətindədir. "Xəzər"in skautları bu yaxınlarda 5 qat dünya çempionlarının vətənə səfəri zamanı məhz bu futbolçuları nəzərdə saxlayıb və seçmə ilə məşğul olub. Potensial futbolçuların ən kiçiyi O.Saquerenin cəmi 17 yaşı var. Buna görə də məşqçi qərargahı onun kollektivdəki prespektivlərindən danışmağın hələ tez olması qənaətindədir.

Qeyd etmək lazımdır ki, yaxın günlərdə "Xəzər"in düşərgəsinə daha 2 braziliyalı futbolçunun gəlişi gözlənilir.

Xəbər lenti

Xəbər lenti