...

Piter Semnebi hüquq müdafiəçiləri ilə görüşüb

Cəmiyyət Materials 21 İyul 2006 17:25 (UTC +04:00)

İyulun 21-də Bakıda səfərdə olan Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva və Eldar Zeynalovla görüşüb. Bu barədə Trend ə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

N.Cəfəroğlunun sözlərinə görə, göruş zamanı P.Semnebi Azərbaycanda insan haqlarının qorunması ilə əlaqədar hüquq müdafiəçilərinin mövqeyi ilə maraqlanıb. Həmçinin hüquq müdafiəçiləri qonağa hüquq müdafiə təşkilatlarının fəaliyyəti, may ayında keçirilmiş Milli Məclisə boş qalmış yerlərə təkrar seçki və oktyabr ayında keçirilməsi nəzərdə tutulmuş bələdiyyə seçkiləri ərəfəsində hazırkı durum, söz azadlığı və sərbəst toplaşma barədə məlumat verilib.

Görüş zamanı Qarabağ problemi, Azərbaycan məhkəmələrindəki vəziyyət də müzakirə obyekti olub.

"Görüşün sonunda Piter Semnebi söylədi ki, Avropa Birliyi Azərbaycanda qanunun aliliyinin təmin olunmasının və demokratiyanın dəstəklənməsinin tərəfdarıdır" - deyə N.Cəfəroğlu bildirib.

Xəbər lenti

Xəbər lenti