...

ABŞ magistr dərəcəsi almış məzun və tələbələri ictimaiyyətə təqdim edəcək

Cəmiyyət Materials 22 İyul 2006 13:55 (UTC +04:00)

İyulun 24-də ABŞ-ın Azərbaycandakı səfirilyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) bu ölkənin ali məktəblərində magistr dərəcəsi almış məzun və tələbələri ictimaiyyətə təqdim edəcək. Səfirlikdən Trend ə verilən məlumata görə, iyulun 24-də səfirlik Muğam Klubda məzun və tələbələrin iştirakı ilə qəbul təşkil edəcək.

ABŞ 2002-ci ildən etibarən yüksək səviyyədə ali təhsil almış tələbələrin ABŞ-da Biznesin Təşkili, İctimai İdarəetmə, Səhiyyə, Şəhər Planlaşdırılması, Kənd Təsərrüfatı və QHT-in idarəedilməsi kimi sahələrdə magistr dərəcəsi almaq imkanlarını dəstəkləyir.

Magistratura proqramlarının həyata keçirilməsində əsas məqsəd yaxın gələcəkdə Azərbaycan Respublikasının müvafiq sahələrində islahatların aparılmasında və inkişafında fəal rol oynayacaq beynəlxalq ali təhsilli mütəxəssislər yetişdirməkdir.

Xəbər lenti

Xəbər lenti