...

Azərbaycanda məskunlaşmış Ahıska türkləri müəllimləri üçün treninqlər keçiriləcək

Cəmiyyət Materials 24 İyul 2006 13:18 (UTC +04:00)

Azərbaycanda məskunlaşmış Ahıska türkləri müəllimləri üçün treninqlər keçiriləcək. Bu barədə Trend ə Ahıska Türkləri "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanov bildirib.

İ.Burxanov onu da qeyd edib ki, bu barədə razılıq iyulun 16-23-də Krıma edilən səfər zamanı əldə olunub: "Qərara almışıq ki, Krım Tatarlarının Milli Məclisinin Müəllimlər Şurasının rəhbəri Dilarə Seyidvəliyeva gəlib bizim müəllimlərə treninqlər keçsin". İ.Burxanov bildirib ki, treninqlərin keçirilməsində məqsəd vətənə repartriasiya zamanı qarşıya çıxan problemlərin həlli yollarını tapmaq məqsədi daşıyır.

Cəmiyyətin sədri qeyd edib ki, treninqləri on gün müddətinə planlaşdırıblar: "Amman ə vaxt keçiriləcəyini dəqiq deyə bilməyəcəm. Ona görə ki, Azərbaycan Müəllimləri İnstitutunun binasında icarəyə götürdüyümüz ofisdən bizi çıxarırlar. İndi əsas problemimiz budur. Mən Krımdla olarkən institutun rəhbərliyi gəlib vaxt qoyub ki, binanı tərk edək. Ona görə də treninqlərin keçirilməsi bi az yubadılacaq".

Xəbər lenti

Xəbər lenti