...

Azərbaycanın futbol yığmasının məşqçisi heyətin formalaşdırılmasında problemlə üzləşir

Cəmiyyət Materials 26 İyul 2006 16:23 (UTC +04:00)

Azərbaycan futbol yığmasının baş məşqçisi Şahin Diniyev Ali Liqa klublarının heyətində mümkün qədər çoxlu sayda yerli futbolçunun iştirakının tərəfdarıdır.

Məşqçinin Trend ə verdiyi məlumata görə, o, bu və ya digər görüşlər üçün heyətin formalaşdırılmasında problemlə üzləşir. Belə ki, namizədlər kifayət qədər yarış təcrübəsinə malik deyil. "Mən bu ilin fevralında Ukraynaya qarşı yoxlama görüşünə klubların əsas heyətində yer almayan 12 futbolçu çağırdım. Əlbəttə, bu, çox ciddi məsələdir və tezliklə həlli vacibdir", - deyə Ş.Diniyev qeyd edib.

Məşqçi ümid etdiyini bildirib ki, AFFA tərəfindən legionerlərin limitinin sərtləşdirilməsi yerli futbolun xeyrinə olacaq.

Xəbər lenti

Xəbər lenti