...

Kodoridə aparılan xüsusi əməliyyat turizm firmalarında problemlər yaradıb

Cəmiyyət Materials 27 İyul 2006 11:41 (UTC +04:00)

Gürcüstanın turizm firmalarında Svanetiyaya turlarla əlaqədar problemlər yaranıb. Gürcüstanın aparıcı turizm firmalarının nümayəndələrinin Trend in Tiflisdəki xüsusi müxbirinə verdiyi məlumata görə, müştərilərin tələbi ilə Svanetiyaya turlar təxirə salınıb. Onlar özlərinin təhlükəsizliyindən narahatdır və buna görə də Kodori dərəsində xüsusi əməliyyatın başa çatmasını gözləməyə üstünlük verir.

Turizm firmalarından qeyd olunur ki, təkcə avqustda Zuqdidi-Xaişi-Mestia marşrutu ilə Svanetiyaya 300 nəfərədək turist gəlməli idi. Bu gün isə müştərilərin tələbi ilə Svanetiyadan (Xaişi ilə) ABŞ və Sloveniyadan olan turistlər qaytarılacaq. Turistlərin təhlükəsizliyini təmin etmək üçün onları polislər müşayiət edəcək.

Turizm firmalarının rəhbərləri hesab edir ki, dərədə aparılan xüsusi əməliyyat təkcə Svanetiyanın deyil, həm də bütün Gürcüstanın turizm nüfuzuna ziyan vurur.

Xəbər lenti

Xəbər lenti