...

"Karvan" UEFA Kubokunun püşk atmasını gözləyir

Cəmiyyət Materials 28 İyul 2006 15:41 (UTC +04:00)

İyulun 28-də "Karvan" Nyuonda keçiriləcək püşk atma zamanı UEFA Kubokunun ikinci raundu üzrə rəqiblərinin adını öyrənəcək.

Trend agentliyinin məlumatına əsasən, püşk atmanı UEFA-nın Klub Yarışları üzrə Komitənin üzvü Jan Furne-Fayar vəpeşəkar futbol bölməsinin direktoru Corcio Marketti keçirəcək. 64 klub goğrafi əlamətlərinə görə Cənubi Aralıq Dənizi, Mərkəzi Şərq və Şimal qruplarına ayrılacaq. Ən yaxşı əmsala malik klublar bölüşdürüləcək. Eyni ölkədən olan klublar bu mərhələdə görüşə bilməz.

İkinci mərhələdə birinci raundun 35 qalibinə 29 komanda qoşulacaq ki, bunların 11-i İntertoto Kubokunda uğurlu çıxış etmiş komandalardır. İkinci raundun matçları iki dəfəyə - avqustun 10 və 24-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti