"Bizim Qran-Prinin finalına çıxmaq uğrunda mübarizə aparmaq şansımız var". Bu barədə Trend ə Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığmasının liderlərindən biri Yelena Şabovta avqustun 18-də Honkonqonda başlayan seçim turnirinin birinci mərhələsinin startı ərəfəsində bildirib.
Komandanın veteranının sözlərinə görə, Faiq Qarayevin yetirmələri yarışa yaxşı formada başlayıblar və ən yüksək yer uğrunda mübarizə apara bilərlər. "Potensialımız ən titullu rəqiblərə qarşı bərabər oynamağa imkan verir, ona görə də hesab edirəm ki, final altılığına düşmək imkanı tamamilə realdır", - deyə Y.Şabovta qeyd edib.
Qeyd etmək lazımdır ki, Qran-Prinin həlledici mərhələsində altı vakant yerdən birini, meydan sahibi hüququ ilə, artıq İtaliya özü üçün ayırıb.