...

2000-ci ilin Olimpiya çempionu Zemfira Meftəhəddinova Avropa çempionatında iştirak etməyəcək

Cəmiyyət Materials 31 Avqust 2006 10:55 (UTC +04:00)

Stend atıcılığı üzrə 2000-ci ilin Olimpiya çempionu Zemfira Meftəhəddinova bu günlərdə Mariborda başlayacaq Avropa çempionatında iştirak etməyəcək.

Trend in xəbər verdiyi kimi, bu, 2006-cı ilin lisenziya yarışlarının artıq başa çatması faktı ilə şərtlənib. Buna görə də idmançı yeni təsnifat yarışlarına daha yaxşı hazırlaşmaq üçün növbəti mövsümədək taym-aut götürmək niyyətindədir. Onun Pekin Olimpiadasına vəsiqə qazanmaq üçün son fürsəti Zaqrebdə keçirilmiş dünya çempionatı olub. Ancaq Z.Meftəhəddinova qarşıya qoyduğu məqsədə çata bilməyib.

Bununla əlaqədar qitə birinciliyində Azərbaycanı yığmanın baş məşqçisi Hafiz Cəfərovun rəhbərliyi altında Emin Cəfərov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti