...

Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxslərdən Musa Dabuyev ifadə verib

Cəmiyyət Materials 31 Avqust 2006 14:42 (UTC +04:00)

Avqustun 31-də Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən şəxslərdən Musa Dabuyev ifadə verib. Trend in xəbərinə görə, H. Məmmədov və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Qeyd edək ki, bu gün məhkəmə iclasında Nailə Quliyevanın ifadəsinin davamı gözlənilirdi. Lakin təqsirləndirilən şəxsin vəkili Vəli Nağdəliyev hakimin nəzərinə çatdırıb ki, N.Quliyeva avqustun 30-da 4 saatdan artıq sərbəst ifadə verdiyi üçün səhhətində problemlər yaranıb. Odur ki, N.Quliyeva ifadəsini növbəti proseslərdən birində davam etdirəcək. Ümumi razılıq əldə olunandan sonra məhkəmə işini müttəhim Musa Dabuyevin ifadəsi ilə davam etdirib.

M.Dabuyev məhkəmənin nəzərinə çatdırıb ki, milliyətçə çeçendir. 1995-ci ildə Çeçenistanda gedən döyüşlərdə yaralandıqdan sonra Aslan Məshədovun əmri ilə Təhlükəsizlik Xidmətindən azad olunub. 1999-cu ildə isə müalicə olmaq məqsədi ilə Azərbaycana gəlib və Bakıda kirayədə yaşayıb.

"Bakıya gəldikdən sonra əvvəlcə dəstə üzvü Ruslan Ukışevlə tanış oldum. Ruslan mənə Hacı adında varlı adam olduğunu dedi və məni onunla tanış etdi. Həmin vaxtdan da mən Hacının dəstəsinin üzvü kimi cinayətlərdə iştirak etməyə başladım", - o dedi.

M.Dabuyev onu da bildirib ki, H.Məmmədovun bandasının üzvü kimi 4 adam oğurluğunda və Rövşən Əliyevin qətlində iştirak edib. Məhkəmə iclası M.Dabuyevin ifadəsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti