...

2008-ci ildə Avropa çempionatının Portuqaliya-Azərbaycan seçmə oyununda ingilislər hakimlik edəcək

Cəmiyyət Materials 22 Sentyabr 2006 14:33 (UTC +04:00)

İngiltərənin hakim briqadası futbol üzrə 2008-ci il Avropa çempionatının oktyabrın 7-də Portuda keçiriləcək Portuqaliya -Azərbaycan seçmə oyununda hakimlik edəcək.

AFFA-dan Trend ə verilən xəbərə görə, qarşılaşmanın baş hakimi Mark Helsi olacaq və ona Kevin Payk və Robert Lyuis köməklik göstərəcək. Dördüncü hakim Maykl Din isə ehtiyat skamyasında nizam-intizama nəzarət edəcək və dəyişikliklər edəcək.

Eyni zamanda UEFA oktyabrın 11-də Helsinkidə yığmanın finlərə qarşı növbəti oyunu üçün də arbitrləri təyin edib. Görüşdə Romans Lajuksun başçılığı ilə Yanis Pukijans və Yuriys Popoviçenkodan ibarət Latviya briqadası hakimlik edəcək.

Xatırladaq ki, iki oyundan sonra Şahin Diniyevin yetirmələrinin aktivində yalnız bir xal var.

Xəbər lenti

Xəbər lenti