...

"Yaqupov və Co" şirkətinin başçısı hesab edir ki, Əli İsmayılov peşəkar boksa tam uyğunlaşıb

Cəmiyyət Materials 3 Oktyabr 2006 14:09 (UTC +04:00)

"Əli İsmayılov qısa vaxt ərzində peşəkar boksa tam uyğunlaşıb". Bu barədə Trend ə "Yaqupov və Co" promouter şirkətinin başçısı Aleksandr Yaqupov azərbaycanlı atletin perspektivlərini dəyərləndirərkən bildirib.

Promouterin sözlərinə görə, Əlinin yetkin yaşda olmasına baxmayaraq, o, kifayət qədər uzun vaxt peşəkar dərəcədə ola bilər. "Boksçu yeni xüsusiyyətdə uğur qazanmaq üçün bütün keyfiyyətlərə malikdir və titulu qazanmağa qadirdir. Onun qarşısında məhz bu məsələ durur", - deyə A.Yaqupov bildirib.

Qeyd etmək lazımdır ki, "Yaqupov və Co" şirkəti Rusiya, Ermənistan, Azərbaycan və digər ölkələrin boksçularını birləşdirir. Beş il ərzində şirkət bir sıra atletlərə Avropa çempionu olmağa, WBO Asia-Pacific və ya TWBA kimi əsas titulların regional versiyaları üzrə bir neçə kəmər qazanmalarına yardım edib. Qrup Sankt-Peterburq, Bakı, Almaniya, Danimarka, İ İspaniya, İngiltərə və ABŞ -da təkbətək döyüşlərin təşkilində iştirak edir.

Xəbər lenti

Xəbər lenti