...

Azərbaycanlı cüdoçular dünya birinciliyində medal uğrunda mübarizəyə başlayır

Cəmiyyət Materials 13 Oktyabr 2006 16:36 (UTC +04:00)

Azərbaycanın cüdo komandası oktyabrın 13-də Santo-Dominqoda keçirilən gənclər arasında dünya birinciliyində medal uğrunda mübarizəyə başlayır.

Trend in xəbər verdiyi kimi, kollektivin heyətinə Avropa çempionu Elnur Məmmədli (73 kq) və mundialın bürünc mükafatçısı Nicat Şıxəlizadə (60 kq) daxildir. Dominika Respublikasında keçirilən birincilik onlar üçün uzun fasilədən sonra ilk yarış olacaq. Bu, xüsusilə Nicat üçün aktualdır. Belə ki, Avropa birinciliyindən sonra onun orqanizmində qadağan olunmuş preparatlar tapılıb və nəticədə o, bu il payızın əvvəlinədək tatami üzərinə çıxa bilməyib. Azərbaycanlı cüdoçuların titullarını nəzərə alaraq, onlar nüfuzlu yarışın mükafatlarının əsas iddiaçılarından biri sayılır.

Xəbər lenti

Xəbər lenti