...

Elçin Behbudov Hacı Məmmədov, Zakir Nəsirov və Kamil Sədrəddinovla görüşüb

Cəmiyyət Materials 14 Oktyabr 2006 15:17 (UTC +04:00)

Oktyabrın 14-də İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və müavini Bayram Sadıxov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirovla, həmin idarənin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin keçmiş rəisi Kamil sədrəddinovla və idarənin keçmiş baş əməliyyat müvəkkili Hacı məmmədovla görüşüb. Bu barədə Trend ə Elçin Behbudov məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, istintaq təcridxanasında saxlanılan şəxslərlə görüşməsinə səbəb həmin şəxslərin cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən məhkəmə iclaslarında işgəncə faktları ilə bağlı səslənən ifadələr olub. Kamil Sədrəddinov məhkəmədə ibtidai istintaq zamanı işgəncələrə məruz qaldığını bildirsə də hüquq müdafiəçisi ilə sözhbətində bunu inkar edib.

E.Behbudov: "Zakir Nəsirov, Hacı Məmmədov və Kamil Sədrəddinovla ayrı-ayrılıqda görüşdüm. Heç biri ibtidai istintaq dövründə işgəncəyə məruz qaldıqlarını təsdiq etmədilər".

Xəbər lenti

Xəbər lenti