...

Ramazanın iyirmi üç və iyirmi dördüncü günlərinin qrafiki

Cəmiyyət Materials 16 Oktyabr 2006 13:04 (UTC +04:00)

Ramazanın iyirmi üçüncü günü - oktyabrın 16-da imsaqın vaxtı - 06.40, axşam namazı və iftarın vaxtı - 19.18-dir. Bu barədə Trend Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir.

Ramazanın 23-cü günündə oxunan dua: "Ey Allah, mənim bu gündə günahlarımı yu! Məni eyblərdən pak eylə! Mənim qəlbimi Allah qorxusu ilə xilas et! Ey günahkarın xətasından keçən Allah!"

Ramazanın iyirmi dördüncü günü - oktyabrın 17-də imsaqın vaxtı - 06.41, axşam namazı və iftarın vaxtı - 19.17-dir.

Ramazanın 24-cü günündə oxunan dua: "Ey Allah, bu gündə səni razı salan şeyi səndən istəyirəm. Səni qəzəbləndirən şeydən sənə pənah aparıram. Sənə itaət etməkdə və günahdan uzaq olmaqda tövfiq istəyirəm. Ey sual edənləri cavabsız qoymayan!"

Xatırladaq ki, QMİ cədvəlinə əsasən, bu gün axşam namazı və iftarın vaxtı - saat 19.20-dir. Qeyd edək ki, Şamaxı rəsədxanasının hesablamalarına əsasən, ölkə bölgələrindəki vaxt Bakı vaxtından 5-14 dəqiqə fərqlənir.

Sentyabrın 24-də Məhəmməd peyğəmbərin davamçıları üçün müqəddəs Ramazan ayı - sınaq, dəyişiklik və ümid ayı başlayıb. Həmin ay mömin şəxslərə günün işıqlı vaxtı yemək, içmək, "istənilən substansiyanı" qəbul etmək, siqaret çəkmək, qoxu iyləmək, qadınlarla yaxınlıq etmək qadağan olunur. Qaranlıq düşən zaman, "ağ və qırmızı sapı fərqləndirmək olmadıqda", məhdudiyyətlər aradan qaldırılır. Oruc - islamın beş şərtindən biridir və hər bir mömin insan mütləq bu şərtlərə riayət etməlidir. Yalnız ağır xəstə, çox qoca insanlar, hamilə qadınlar, yolda olanlar və müharibə meydanında olan döyüşçülər oruc tutmaqdan azaddırlar. Lakin onlar da sonradan oruc tutmalıdırlar.

Müqəddəs Ramazan ayı - daxili təmizlənmə vaxtıdır. Hesab edilir ki, əgər insan vaxtını dua oxumaqla keçirirsə və savab işlər görürsə, məsələn, ehtiyacı olanlara yardım edir, xeyriyyə məqsədləri üçün pul sərf edirsə, Allah həmin şəxsin günahlarını bağışlaya bilər.

Xəbər lenti

Xəbər lenti