Azərbaycanın qadınlardan ibarət voleybol yığması oktyabrın 29-da Yaponiyada başlayacaq dünya çempionatına sonuncu hazırlıq məqsədilə Daşkəndə yola düşüb.
Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi məlumata görə, komanda Özbəkistanda bir neçə yoxlama görüşləri keçirəcək və daha sonra Yaponiyaya yola düşəcək. Kollektiv yeni mühitə alışmaq üçün bu ölkəyə mundialın başlanmasına bir həftə qalmış gələcək. Yığma üçün bu çempionatda çıxış mövsümün prioritet vəzifələrindən biridir.
Qeyd etmək lazımdır ki, qrupda Faiq Qarayevin yetirmələrinin rəqibləri Çin, Rusiya, Almaniya, Dominikan Respublikası və Meksika yığmaları olacaq.