...

Belçika-Azərbaycan Evinin sədri DAK-ın rəhbərliyini istefa verməyə çağırır

Cəmiyyət Materials 2 Noyabr 2006 18:25 (UTC +04:00)

Belçika-Azərbaycan Evinin sədri Bülənt Gürcam Dünya Azərbaycanlıları Konqresinin (DAK) bu il dekabrda Brüsseldə keçirilməsi nəzərdə tutulan qurultayının təxirə salınmasına etirazını bildirib və Konqresin bütün rəhbərliyini istefa verməyə çağırıb. Bu barədə Trend ə Belçika-Azərbaycan Evindən məlumat verilib.

Bu yaxınlarda DAK-ın məclis üzvlüyündən istefa verən B.Gürcam bəyanatında bildirib ki, bir qrup şəxs bu qurumu və onun böyük adını öz əlinə alıb, təşkilat isə indiyədək adına uyğun heç bir fəaliyyət göstərməyib: "DAK-ın İdarə Heyəti istefa verməlidir və növbədənkənar qurultaya getməlidir. Konqresə yeni və irəliyə doğru iş görə biləcək kadrlar gəlməlidir. Burda sədrlikdən deyil, Dünya Azərbaycan Türklərindən söhbət gedir. Bu böyük ideyanın önündə əngəl olmayın və xahiş olunur ki, istefaya gedin. İstefanızı verin ki, böyük Azərbaycan yolunda əngəllər ortadan qalxsın"-deyə müraciətdə vurğulanır.

Xəbər lenti

Xəbər lenti