...

Faiq Qarayev: Komandamız dünya çempionatında ən yaxşı voleybolunu hələ göstərəcək

Cəmiyyət Materials 6 Noyabr 2006 19:42 (UTC +04:00)

"Komandamız dünya çempionatının qrup mərhələsində ən yaxşı voleybolunu hələ göstərəcək". Bu barədə Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev meksikalılar üzərində 3:0 hesablı qələbədən sonra mətbuat konfransında bəyan edib.

Trend in Beynəlxalq Federasiyanın (FIIB) rəsmi saytına istinadən xəbər verdiyi kimi, jurnalistlərlə söhbət zamanı məşqçi etiraf edib ki, almanlara məğlubiyyətdən sonra (0:3) voleybolçular Latın amerikalılar üzərində qələbə qazanmalı idi. "Meksika yığması tərkibində yaxşı oyun nümayiş etdirən bir sıra gənc oyunçuların olduğu kifayət qədər dinamik komandadır. Biz rəqiblərimizə həmişə hörmətlə yanaşırıq və rəqibə gələcəkdə uğurlar arzu edirəm", - deyə F.Qarayev vurğulayıb.

Onun meksikalı həmkarı Orlando Samuels qeyd edib ki, azərbaycanlı voleybolçular oyunun bütün komponentlərində güclü olub və layiqli qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti