Moskvada keçirilən M.Talın Memorial şahmat turnirinin ikinci turunda azərbaycanlı qrossmeystr Şəhriyyar Məmmədyarov L.Aronyan ilə görüşüb və partiyanı heç-heçə oynayıb.
Trend -in verdiyi xəbərə əsasən, mövqeyin erməni şahmatçısının xeyrinə olmasına baxmayaraq, Şəhriyyar rəqibin təsirini neytrallaşdıra bilib və oyunu ferz endşpilə gətirib çıxarıb ki, burada da dəqiq oyunla heç-heçə ilə qurtarmağa müfəssəl olub. Qeyd edək ki, bütün qalan oyunlar da heç-heçə ilə bitib.