...

Azərbaycan voleybolçuları Dünya çempionatının liderlərini təqib edirlər

Cəmiyyət Materials 10 Noyabr 2006 11:50 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması əvvəlki kimi Yaponiyada keçirilən Dünya çempionatının "F" qrupunda axırıncı yerdən bir addım əvvəlki pillədədir.

Trend xəbər verir ki, ikinci qrup mərhələsində ABŞ -a 3:2 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, Faiq Qarayevin yetirmələri yeddinci sırada qalıblar. Komanda turnirin bu mərhələsində hələ qalibiyyətləri ilə öyünə bilməyən Puerto-Rikonu bir bal qabaqlayaraq, altı xal yığıb. Yerli voleybolçular mundialın yarımfinalına vəsiqə qazanmaq uğrunda qızğın mübarizə aparan ABŞ, Çin və Hollandiyadan cəmi bir bal geridədirlər.

Qeyd etmək lazımdır ki, "F" qrupunun ilk sıralarında Rusiya və Braziliya yer alıb. Bu komandalar pley-off mərhələsinə düşmək üçün daha çox şansı olan iddiaçı hesab olunurlar.

Xəbər lenti

Xəbər lenti