...

Prezidentin İcra aparatının şöbə müdiri: Aksiyaların keçirilməsi üçün yerlərin şəhərin mərkəzində ayrılması mümkün deyil

Cəmiyyət Materials 20 Noyabr 2006 17:25 (UTC +04:00)

Hazırda aksiyaların keçirilməsi üçün yerlərin şəhərin mərkəzində ayrılması mümkün deyil. Bu barədə Prezidentin İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend ə verdiyi müsahibəsində Venesiya komissiyasının aksiyaların keçirilməsi üçün Bakının mərkəzi hissələrində şəraitin yaradılmasına dair tövsiyyələrini şərh edərkən bildirib.

Ə.Həsənov əlavə edib ki, hökümətin təklif etdiyi ərazilərdən başqa, müxalifət üçün yerlər ayırmaq imkanları məhdudlaşıb. Prezidentin İcra aparatının nümayəndəsi əmindir ki, aksiyalar üçün ayrılmış yerlər kifayət qədər münasibdir.

Xatırladaq ki, Azərbaycanın müxalifət partiyaları hökümətin təklif etdiyi yerlərdə aksiya keçirməkdən imtina edirlər və bunu onunla izah edirlər ki, bu ərazilər paytaxtın mərkəzi hissəsindən uzaqdadır və ona görə də onların keçirdikləri aksiyalar öz əhəmiyyətini itirir.

Xəbər lenti

Xəbər lenti