...

Hacı Məmmədovun məhkəməsində istintaq çəkilişlərinin videoyazılarına baxış keçirilib

Cəmiyyət Materials 23 Noyabr 2006 18:34 (UTC +04:00)

Noyabrın 23-də günün ikinci yarısı Hacı Məmmədovun məhkəmə iclasında istintaq çəkilişlərinin videoyazılarına baxış keçirilib". Trend in xəbərinə görə, bu sözləri DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun bandasının cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili Nizami Qasımov söyləyib.

Məhkəmə iclasında ilk olaraq Hacı Məmmədovun həyat yoldaşı, təqsirləndirilən şəxslərdən biri Nailə Quliyeva ilə bağlı istintaq çəkilişləri nümayiş etdirilib. Həmin çəkilişlərə N.Quliyevanın ibtidai istintaqa verdiyi ifadələr, Hacı Məmmədovun bacısı oğlu, eyni zamanda "Kapitalbank"ın keçmiş filial rəhbəri Elçin Əliyevlə üzləşmə, hadisə yerinə baxış daxildir. Hadisə yerinə baxış kadrlarında Nailə Quliyevaya məxsus mənzil əks etdirilib. İstintaq çəkilişi qrupu N.Quliyevaya məxsus evin həyətinə daxil olarkən ilk olaraq dəstə üzvü, "qara kəmər" əməliyyatı nəticəsində öldürülmüş Əsgər İsgəndərovun meyitini, daha sonra isə oğurlanmış şəxslərin saxlandığı bunkeri lentə alıb.

Daha sonra DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirova məxsus olan və Qarabulaqda yerləşən villaya baxışla əlaqədar istintaq çəkilişi nümayiş etdirilib. Sonra DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi Kamil Sədrəddinovun ibtidai itsintaqa verdiyi ifadəsinin videoçəkilişi göstərilib.

Məhkəmədə həmçinin dəstə üzvləri Nişat İsmayılovla Sidek Abdulvahabovun üzləşməsi və digər dəstə üzvü Novruz Nuriyevin ifadəsi ilə əlaqədar videaoçəkilişlər də nümayiş etdirilib.

Noyabrın 24-də məhkəmə iclası videokasetlərə baxışla davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti