...

Gürcüstan ombudsmanı azərbaycanlı həmkarına gürcü ieqovistlərinin azad edilməsində göstərdiyi yardıma görə təşəkkür edir

Cəmiyyət Materials 29 Dekabr 2006 13:35 (UTC +04:00)

İeqovanın Şahidləri sektasının Bakıda keçirilən qeyri-qanuni yığıncağı zamanı həbs edilmiş Gürcüstan vətəndaşları azad edilib. "Gürcüstan ombudsmanının aparatından Trend ə bildiriblər ki, yığıncaq iştirakçıları arasında Gürcüstan vətəndaşları - Manuçar Simintiya və Giorgi Qoqiçaişvili də olub, onları Azərbaycan hüquq-mühafizə orqanları həbs edib.

Saxlanılan şəxslər əvvəl polis məntəqəsinə gətirilib, daha sonra miqrasiya xidmətinə təhvil verilib. Onlara qarşı tək ittiham sürülüb - İreqovanın Şahidəlri sektasının üzvü olmaq. Saxlanılan Simintiya Gürcüstanın xalq müdafiəçisi Sozar Subariyə zəng edib. S.Subarinin Azərbaycandakı həmkaralarının köməyi ilə işə müdaxiləsindən sonra Simintiya azad edilib. Gürcüstanın digər vətəndaşı G.Qoqiçaişvili də azad ediləcək.

Saxlanılan gürcülərin azad edilməsində göstərilən yardıma görə gürcü ombudsmanı Azərbaycanın Gürcüstandakı səfirliyinə və azərbaycanlı həmkarı Elmira Süleymanovaya təşəkkürünü bildirir.

Xəbər lenti

Xəbər lenti