...

Bişkekdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Cəmiyyət Materials 18 Yanvar 2007 12:24 (UTC +04:00)

Türkdilli xalqları öz ətrafında birləşdirən və mərkəzi ofisi Bişkek şəhərində yerləşən "Türkel" Beynəlxalq Fondunun təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçrilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

"Türkel" qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli 17 il bundan əvvəl Azərbaycan xalqının başına gətirilən faciədən və imperiya qoşunlarının Bakıda və respublikanın digər yerlərində qanlı vəhşiliklər törətdiyindən, xalqımızın Azadlıq mübarəzəsindən, erməni işğalçılarının vəhşiliklərindən danışıb. "Türkel" Fondunun prezidenti Hökümə Xəlilova isə əyani vəsait kimi H.Əliyev Fondu tərəfindən türk, ingilis və rus dillərində nəfis tərtibatda çapdan çıxmış "Qarabağ həqiqətləri" silsiləsindən adlı kitablarda Azərbaycan türklərinə qarşı soyqırım siyasətini əks etdirən faktlar barədə ətraflı bilgi verib.

Mərasimə toplaşan türkdilli xalqların təmsilçlərinə Xocalı soyqırımının dünya birliyi tərəfindən rəsmən tanınması istiqamətində xarici ölkələrdə yaşayan azərbaycanlılar bir milyondan çox imza toplanması barədə də məlumat çatdırılıb.

"Türkel" Fondu həmçinin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş radio-oçerk hazırlayıb və "Manas TI radiosu"nda bır saat yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti