...

Ramil Səfərovun ikinci məhkəmə işi ilə əlaqədar apellyasiya şikayətinə hakimlərin yay tətilinədək baxılacağı gözlənilir

Cəmiyyət Materials 22 Yanvar 2007 16:08 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Budapeşt Məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun ikinci məhkəmə işi ilə əlaqədar apellyasiya şikayətinə hakimlərin yay tətilinədək baxılacağı gözlənilir. Bu barədə Trend ə Ramil Səfərovun ailəsinin qanuni nümayəndəsi İkram Şirinov məlumat verib.

Qeyd edək ki, erməni zabiti Qurgen Markaryanı qətlə yetirməkdə təqsirləndirilərək 13 aprel 2006-cı il tarixdə Budapeşt məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun ikinci məhkəmə işi istintaq vaxtı saxlanıldığı təcridxananın nəzarətçiləri ilə onun arasında yaranmış anlaşılmazlıqla əlaqədar olub.

Ona qarşı iləri sürülmüş ittihama görə, 19 iyun 2004-cü il tarixdə həbsxana nəzarətçiləri Ramil Səfərovun kamerasına gələrək ondan telefon kartını tələb ediblər. Ramil Səfərov tələbi yerinə yetirməyib və nəticədə nəzarətçilər R.Səfərovun əllərini bağlamaq istəyərkən sonuncu onlara müqavimət göstərib. Buna görə, Budapeşt şəhərinin Peşt rayon Məhkəməsi 17 noyabr 2006-cı il tarixdə Ramil Səfərova 8 ay müddətinə şərti cəza təyin edib.

Həm təqsirləndirilən şəxs tərəf, həm də ittiham tərəfi hökmdən narazı qalaraq qarşılıqlı apellyasiya şikayəti veriblər. İkram Şirinovun sözlərinə görə, yanvarın 15-dən 19-dək Budapeştə etdiyi səfəri çərçivəsində həmin apellyasiya şikayətinə nə vaxt baxılacağı ilə də maraqlanıb. Lakin vəkil bildirilib ki, hakim hökm sənədini tərəflərə təqdim etmədiyinə görə, hələlik Apellyasiya Məhkəməsinə müvafiq sənədlər təqdim etmək mümkün olmayıb. Bununla belə, vəkil apellyasiya şikayətinə hakimlərin yay tətilinədək (iyun ayınadək) baxılıcağına ümidli olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti