...

Azərbaycanın Sankt-Peterburqdakı Konsulu Arxanqelsk vilayətində yaşayan azərbaycanlıların qeydiyyat üçün sənədlərini toplayıb

Cəmiyyət Materials 29 Yanvar 2007 11:51 (UTC +04:00)

Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun Konsulu Günəş Rustəmzadə 21-28 yanvar 2006-ci il tarixlərində Rusiyanın Arxanqelsk şəhərinə ezam olunaraq orada yaşayan azərbaycanlıların qeydiyyat üçün sənədlərini toplayıb. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluqla Arxanqelsk vilayətinin administrasiyası arasında əldə olunmuş razılıq əsasında baş tutan səfərdə G.Rüstəmzadə Arxanqelsk vilayətinin Federal Miqrasiya Xidəmətinin bölməsində həmin vilayətdə yaşayan azərbaycanlıları qəbul edib. Konsul onlara Rusiya Federasiyasının yeni qanunvericiliyini izah edib, qeydiyyata düşmə və leqallaşma prosesi barədə Azərbaycan dilində vərəqələr paylayıb, leqallaşma prosesin başlanması üçün müvafiq hüquqi arayışların verilməsi üçün sənədləri toplayıb. Həmçinin Konsul azərbaycanlıların sıx calışdığı obyektlərdə (bazarlar, toptansatış bazalar) və Azərbaycan diasporunun ofisində soydaşlarımızla görüşlər keçirib, diasporumuzun gücləndirilməsi barədə müzakirələr aparıb.

Bundan əlavə G.Rüstəmzadə Baş Konsul Qüdsi Osmanovun Arxanqelsk vilayətinə səfəri zamanı əldə olunmuş razılıqlara əsasən, carı ilin mart ayında Arxanqelsk və Severodvinsk şəhərlərində nəzərdə tutulan Novruz bayramı şənliklərinin təşkili ilə bağlı danışıqlar aparıb.

Xəbər lenti

Xəbər lenti