...

Dövlət Komitəsinin sədri: "Qadınlarımızın xoşbəxt yaşaması üçün problemləri hamılıqla aradan qaldırmalıyıq"

Cəmiyyət Materials 7 Mart 2007 13:06 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Qadınlarımızın xoşbəxt yaşaması üçün problemləri hamılıqla aradan qaldırmalıyıq"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan qadınları həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bu fikirləri Trend ə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

O, 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bir sıra tədbirlər keçirildiyini, məhbus qadınlarla görüşlər təşkil olunduğunu deyib. H.Hüseynovanın sözlərinə görə, Azərbaycanın Konstitusiyasından tutmuş digər qanunlarına qədər bütün sənədlərdə qadınların hüquqlarının qorunması, onlara güzəştlər edilməsi, qayğı göstərilməsi əksini tapıb.

"Yəni, hüquqi baxımdan qadınların hüquqları qorunur. Amma bu, elə bir sahədir ki, qadınların özlərinin inkişafı, öz hüquqlarını bilməsi çox lazımlıdır. Qadınları fəallaşdırmaq üçün maarifləndirmə işləri aparmaq lazımdır. Biz də onları cəmiyyətdə gedən proseslərə qoşmağa, fəallaşdırmağa çalışırıq. Eyni zamanda başa düşürük ki, bu sahədə xeyli problemlər var. İstər məişət zorakılığı, istər erkən nigahlar və digər məsələlərlə bağlı qadınlar problemlərlə üzləşirlər. Ancaq bu problemlər də dövlətin diqqət mərkəzindədir"-deyə Dövlət Komitəsinin sədri qeyd edib.

H.Hüseynova əlavə edib ki, qadınlarımızın xoşbəxt, firavan yaşaması üçün hamılıqla birləşib problemləri aradan qaldırmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti