...

Azərbaycan və Belarus idman sahəsində əmkdaşlıq proqramı qəbul ediblər

Cəmiyyət Materials 29 Mart 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend S.Ağayeva/ Azərbaycan və Belarus arasında bədən tərbiyəsi və idman sahəsində 2007-2008-ci ildə əməkdaşlıq barədə proqramı bu gün Belarusun gənclər, idman və turizm naziri Aleksandr Qriqorov və Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmıyılov imzalayıblar. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasovun verdiyi məlumata görə, proqramda gənclərin idmana cəlb edilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur. Görüşdə 2008-ci ildə Pekində keçiriləcək növbəti olimpiya oyunlarına birgə hazırlıq məsələləri və birgə yığma məşqlərinin keçirilməsi müzakirə edilib. Qriqorov Belarusun 2016-cı il olimpiadasında Azərbaycanın namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti